Türkiyə ordusu İraqda əməliyyatlar keçirir, PKK ağır itkilər verib

63

Türkiyənin Milli Müdafiə Nazirliyi İraqın şimalında PKK terror təşkilatına qarşı keçirilən əməliyyatlar barədə məlumat paylaşıb.

“Report” xəbər verir ki, paylaşımda deyilir:

“Qəhrəman Türkiyə Silahlı qüvvələrinin igid xüsusi təyinatlıları İraqın şimalındadır”.

“Hürriyet” isə xəbər verir ki, əməliyyatlara 50-yə qədər döyüş təyyarəsi qatılıb. Bundan başqa, pilotsuz uçuş aparatları terrorçuların qaça biləcəyi yolları bombalayır. Terror qruplaşması ağır itkilər verib.

Çoxlu sayda qırıcı təyyyarələr və PUA-ların iştirak etdiyi əməliyyatlarda PKK terror qruplaşmasının gizləndiyi sığınacaqları, anbar kimi istifadə etdikləri mağaraları məhv edir.

Məlumata görə, Türkiyənin müdafiə naziri Hülusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər və qoşun komandanları Komanda İdarəetmə Mərkəzində İraqın şimalında keçirilən əməliyyatı izləyirlər. Nazir anti-terror əməliyyatları ilə bağlı birlik komandanlarından məlumat alaraq tapşırıqlarını verir. Eyni zamanda H.Akar və ordu rəhbərliyi komanda mərkəzində PUA-ların əməliyyatların gedişatında çəkdiyi görüntüləri izləyirlər.