Türkiyə MN: “İraqın şimalı terrordan təmizlənir”

114

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi İraqın şimalındakı “Pençe-Şimşek” və “Pençe-Yıldırım” əməliyyatları ilə regiondakı terrorla mübarizənin davam etdiyini, silah-sursat və əldəqayırma partlayıcıların məhv edildiyini bəyan edib.

Nazirliyin açıqlamasında deyilir: “İraqın şimalında icra edilən “Pençe-Şimşek” və “Pençe-Yıldırım” əməliyyatları ilə terror təmizliyi sürətlə davam edir. Axtarış zamanı ələ keçirilən silah-sursat və əldəqyırma partlayıcıların aşkar və məhv edilməsi davam edir”.

Nazirlik əməliyyatlar nəticəsində aşkar edilən sığınacaqlar, mağaralar, silah-sursatla bağlı videoları da paylaşıb.