Türkiyə MN: Azərbaycan hərbçiləri təlim kursunu uğurla başa vurdular

90

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Milli Müdafiə Naziliyi Azərbaycan hərbçilərinin hərbi kursu uğurla başa vurduqları barəsində açıqlama verib. Açıqlamada deyilir: “Azərbaycan Ordusunun qəhrəman əsgərləri İspartada yerləşən Dağ Komando Məktəbi və Təhsil Mərkəzi Komandanlığı ilə Terrorla Mübarizə Təhsil və Təlim Mərkəzi Komandanlığındakı 6 həftəlik “Komando Təmək Təlimləri” kursunu uğurla bitiriblər. Qardaşlarımız üçün kursun bağlanış mərasimi keçirilib”.