Türkiyə millisindən MÖHTƏŞƏM QƏLƏBƏ

168

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində mübarizəyə start verilib.

Bu günə nəzərdə tutulan 13 qarşılaşmadan ikisi artıq başa çatıb.

G qrupunda Türkiyə millisi evdə Niderlandı 4:2 hesabı ilə məğlub edib. “Ay-ulduzlular”ın heyətində Burak Yılmaz het-trik edib. 36 yaşlı hücumçu 15, 34 və 81-ci dəqiqələrdə fərqlənib. Digər qolu 46-cı dəqiqədə Hakan Çalhanoğlu vurub. Qonaqlardan isə 75-ci dəqiqədə Devi Klaassen və 77-ci dəqiqədə Lük de Yonq adlarını tabloya yazdırıb.

Azərbaycan millisinin yer aldığı A qrupunda isə Qətər yığması Macarıstanın Debretsen şəhərindəki “Nadyerdeyi” stadionunda Lüksemburqa minimal hesabla qalib gəlib. Yeganə qolu 12-ci dəqiqədə Məhəmməd Muntari vurub. \\Axar