Türkiyə İraqda PKK terrorçularına qarşı geniş miqyaslı əməliyyata başlayıb

48

Türkiyə İraqdakı PKK terror təşkilatına qarşı geniş miqyaslı yeni əməliyyata başlayıb.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, İraqın Metina, Zap, Basyan və Qəndil bölgələrinə qırıcı təyyarə və vertolyotlardan hava zərbələri endirilib.

Xüsusi təyinatlı bölmələr Metina bölgəsində quru əməliyyatları aparır.