Türkiyə İraqda əməliyyata başladı: Akar əməliyyatı izləyir

57

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terror təşkilatına qarşı əməliyyata başlayıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi Tvitter hesabında paylaşım edib.

“Qəhrəman Türkiyə Silahlı Qüvvələrinin igid kommandosları İraqın şimalındadır”, – məlumatda bildirilib.

Türkiyə mediasının yazdığı məlumata görə, əməliyyatlara 50-yə qədər döyüş təyyarəsi qatılıb. PUA-lar da terrorçuların qaça biləcəyi yolları bombalayır. Terror qruplaşması ağır itkilər verib.

Məlumata görə, Türkiyə müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər və digər yüksək rütbəli zabitlər Komanda İdarəetmə Mərkəzində İraqın şimalında keçirilən əməliyyatı izləyirlər.