Türkiyə ilk hərbi dron-katerini sınaqdan keçirir

408

Hurriyyet.org xəbər verir ki, Türkiyənin istehsal elədiyi tam təchizatlı, silahlı insansız su nəqliyyatı ULAQ sınaqdan çıxarılması üçün dənizə endirilib. Bu ilin ilk rübündə silahlı pilotsuz katerin raket atışı sınaqlarının keçirilməsi də gözlənilir.

Kater saatda 65 km sürətə, 400 km mənzilə, gündüz və gecə görmə qabiliyyətinə malikdir, kəşfiyyat, nəzarət, axtarış, su üstü döyüş imkanları var.