Türkiyə ilə Rusiya arasında “Sputnik V” müqaviləsi. Transfer başlanır

387

Hurriyyet.org xəbər verir ki, Rusiyanın Birbaşa İnvestisiya fondu (RDİF) “Sputnik V” peyvəndinin Türkiyədə istehsal edilməsi üçün bir türk dərman şirkəti ilə razılaşma əldə edib, zəruri texnologiyanın transferi prosesi başlanıb.

RDIF-dən “Sputnik”ə verilən açıqlamaya görə, istehsalın gələcəkdə artırılması imkanları da müzakirə edilir. “Sputnik V” indiyə qədər Rusiya ilə yanaşı, Belarus, Argentina, Birləşmiş Ərəb Əmirlikləri, Macarıstan, Serbiya, Boliviya, Əlcəzair, Fələstin, Venesela, Paraqvay və Türkmənistanda da qeydiyyatdan keçirilib. Peyvəndin Avropa İttifaqında da qeydiyyatdan keçirilməsi ilə bağlı prosesi başlanılıb. RDİF-in açıqlamasında deyilir: “Türk tərəfdaşlar əhalinin peyvənd edilməsi və üçüncü ölkələrə ixrac edilməsi üçün istehsal məqsədi ilə 90 faizdən artıq təsir göstərən “Sputnik V” peyvəndinə böyük maraq göstərirlər”.