Türkiyə ilə Çin arasında uyğur müzakirəsi… – Çavuşoğlu

270

Çin ilə diplomatik münasibətlərimizin 50-ci ilində bu ölkə ilə iqtisadi əməkdaşlıq potensialımızı da müzakirə etdik.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çinli həmkarı ilə görüşü barədə məlumat verərkən Tvitter hesabında bildirib.

Pandemiya ilə mübarizə və peyvənd sahəsində iki ölkə arasında əməkdaşlığın inkişaf etdiriləcəyini qeyd edən nazir görüş zamanı Türkiyənin uyğur türkləri ilə bağlı həssaslığının və düşüncələrinin də ifadə edildiyini bildirib. \\Axar