Türkiyə amfibiya tipli nəhəng ANADOLU gəmisini təlimlərə cəlb etdi – FOTO

72

Türkiyə ordusunun arsenalına daxil ediləcək amfibiya tipli ANADOLU gəmisi ilə bağlı hazırlıqlar davam edir.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Həmçinin Türkiyənin Amfibiya Dəniz Piyadaları Briqadası və Quru Qoşunları helikopterlərinin birgə təlimlər icra etdiyi qeyd olunur.

Xatırladaq ki, amfibiya tipli ANADOLU gəmisinin maliyyə dəyəri 650 milyon ABŞ dollarıdır. Gəmi 2021-ci ildə istismara verilib və hazırda sınaq mərhələsindədir. Uzunluğu 232 metr, eni 32 metr, hündürlüyü 58 metrdir. Gəmi 56 uçuş, 50 tibb, 200 qərargah heyəti, 550-570 desant, 371 ştatı ilə ümumilikdə 1 223 nəfərlik şəxsi heyətə malikdir.

/oxu.az