Türk qırıcıları terrorçuları məhv edir – Video

45

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında terrorçuların mövqeyinə zərbə endirib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“İraqın şimalındakı Metina və Avaşin Basyan bölgələrində keçirilən “Pəncə-Şimşək” və “Pəncə-İldırım” əməliyyatları nəticəsində 5 PKK terrorçusu PUA-larımız tərəfindən zərərsizləşdirilib. Zərərsizləşdirilən PKK terrorçularının sayı 42-yə çatıb”, – məlumatda bildirilib.

Qeyd edək ki, “Pəncə-Şimşək” və “Pəncə-İldırım” əməliyyatları aprelin 24-də başlayıb.