“Türk millətinə mənsub 2 yaşdan yuxarı bütün insanları məhv edin” – ERMƏNİ XİSLƏTİ

207
Anar Əliyev, politoloq

“Amerikada ermənilərin azərbaycanlılara qarşı zorakılığa, vandal hərəkətlərə yol verməsi, onların xislətinin növbəti təzahürüdür.”

Hurriyyet.org bildirir ki, bu fikirləri Konkret.az-a açıqlamasında Tarix üzrə fəlsəfə doktoru, politoloq Anar Əliyev səsləndirib. O bildirib ki, dünyada çox az sayda xalqlar var ki, adları terror termini ilə yanaşı çəkilir. Ermənilər məhz bu cür xalqlar sırasındadırlar: “Artıq beynəlxalq hüquqda “erməni terroru” adlı termin də mövcuddur. Bütün bunlar onu göstərir ki, bu millətin xarakter və davranışında terrorizm hər zaman mövcud olub. Ermənilər terrorizm vasitəsi ilə öz maraqlarını həyata keçirməyə çalışıblar. 19-cu əsrin sonlarında erməni millətçiləri təşkilatlanaraq ilk dəfə yaratdıqları “Daşnaksütyun” partiyasının nizamnaməsində terror və soyqırıma çağırış kimi fikirlər səsləndirirdilər. Belə ki, partiya erməni gənclərə müraciətində qarşılarına çıxan istənilən türkü və müsəlmanı qırmağı tövsiyyə edirdi. Xüsusilə onların konsepsiyasında Türk millətinə mənsub olan 5 yaşdan yuxarı bütün insanların məhv edilməsi əks olunurdu. Sonradan 5 yaşında uşağın bu hadisələri görərək xatırlayacağını və qisas hissi ilə yaşayacağını nəzərə alaraq, 2 yaşdan yuxarı bütün insanların məhv edilməsini partiyanın konsepsiyasına əlavə etdilər. 1915-ci ildə yüz minlərlə Türk, kürd və müsəlman əhalinin ermənilər tərəfindən qətlə yetirilməsi arxiv sənədlərində bu gün də qalır. Eləcə də 1918-20-ci illərdə azərbaycanlılara qarşı törədilən böyük soyqırım bütün bu sadalanan faktların bariz sübutudur”.

Anar Əliyevin sözlərinə görə, soyqırımlar nəticəsində 1 milyona yaxın azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilib: “Eyni zamanda 1948-53-cü illərdə indiki Ermənistan ərazisində, yəni öz dədə-baba torpaqlarında yaşayan azərbaycanlılar kütləvi məhv edildilər, yüzlərlə kənd isə yer üzündən silindi. 1988-ci ildə yenidən qızışan erməni separatizmi və terrorizmi nəticəsində azərbaycanlılara qarşı soyqırım həyata keçirildi. Yüz minlərlə insan deportasiya olundu, on minlərlə soydaşımız qətlə yetirildi, 1 milyona yaxın vətəndaşımız isə qaçqın və məcburi köçkünə çevrildi. Erməni terrorizmi müxtəlif ölkələrdə geniş vüsət aldı və Türk diplomatlarına qarşı amansız qətllər həyata keçirildi”.

Politoloq əlavə edib ki, ABŞ prezidenti Baydenin son bəyanatı erməni terrorizminə əlavə bir güc qatdı: “Hesab edirəm ki, Bayden bu addımı ilə Amerika tarixində böyük bir ləkəyə çevrildi. Eyni zamanda onun açıqlaması regionda sülh və qarşılıqlı etimada böyük zərbə vurdu. Bu onu göstərir ki, Amerika heç də müxtəlif xalq və dövlətlər arasında sülh və qarşılıqlı inam formalaşmasında maraqlı deyil. Əksinə ABŞ öz maraqlarını həyata keçirmək üçün müxtəlif xalqlar arsında ixtilaf yaratmağa çalışır. Amerikadakı ermənilərin Azərbaycan bayrağına bükülən manikeni asması onu göstərir ki, özünü  “demokratiyanın beşiyi” kimi dünyaya sırıyan bir ölkədə, terror və soyqırıma çağırış açıq şəkildə təbliğ edilir. Amerika bir daha ikili yanaşma nümayiş etdirərək, belə qanunazidd çağırışlara göz yumur və bu regiona yaxşı heç nə vəd etmir. Hesab edirəm Azərbaycan və Türkiyənin birgə kordinasiya olunan fəaliyyəti, belə təhlükələrin qarşısını almaq üçün yeganə vasitədir”.