Türk donanmasını HİSAR-RF qoruyacaq – ABŞ sistemlərindən asılılıq bitdi

387

Hurriyyet.org xəbər verir ki,  Türkiyə Dəniz Qüvvələri Komandanlığına məxsus dəniz platformalarını hava hücumlarından artıq “Roketsan” şirkəti tərəfindən yerli imkanlarla istehsal edilmiş HİSAR-RF Hava Hücumundan Müdafiə Raket Sistemi qoruyacaq. Bu addımla Türkiyə hərbi gəmiləri tərəfindən Mk41 VLS vasitəsi ilə istifadə edilən ABŞ istehsalı RIM-162 ESSM Hava Müdafiəsi Sistemindən asılılıq sona çatacaq.