Türk bayrağını təhqir edən yunan deputat Brüsseldə həbs edildi

96

Onu 13 illik məhbusluq cəzası gözləyir

Hurriyyet.org xəbər verir ki, Avropa Parlamentində toxunulmazlığı ləğv edilən yunanıstanlı deputat, Qizil Şəfəq Partiyasının üzvü İoannis Laqos Brüsseldə həbs edilib. Laqos “Tvitter”dəki açıqlamasında Belçika polisinə məxsus avtomobildə olduğunu və “yunan əleyhdarlarının” onu həbsxanaya apardığını bildirib.

AFP agentliyinə məlumat verən mənbə Yunanıstanda 13 il müddətinə həbs edilməsi tələb olunan Laqosun beynəlxalq həbs əmri çərçivəsində Brüsseldə həbs edildiyi xəbərini təsdiqləyib.

Avropa Parlamentində dünən axşam keçirilən səsvermədə 658 millət vəkili Laqosun toxunulmazlığının ləğv edilməsinin lehinə, 25 nəfəri isə əleyhinə səs vermişdi.

Laqosun toxunulmazlığının ləğv edilməsini Yunanıstan tərəfi tələb edib.

Qizıl Şəfəq Partiyası Yunanıstanda məhkəmə tərəfindən “cinayətkar təşkilat” kimi qəbul edilib, bu təşkilatı idarə elədikləri üçün Laqos da daxil olmaqla bəzi partiya üzvlərinə həbs cəzası verilib. 13 illik həbs cəzası alan Laqoq toxunulmazlığından istifadə edərək, 2020-ci il oktyabrın 7-də Yunanıstandan Brüsselə gedib.

İrqçi deputat Laqos bundan əvvəl Türkiyə bayrağını parçalayaraq təxribat törətməyə cəhd eləmişdi.