Tufanqabağı sakitlik – Gürcüstanda İvanaşvilinin evinin qarşısında lal aksiya keçirilir

282

Hurriyyet.org xəbər verir ki, Gürcüstanda “Gürcü arzusu” partiyasının əsasını qoyan Bidzina İvanaşvilinin iqamətgahının qarşısında “Gürcüstan üçün” partiyasının fəalları tərəfindən təşkil edilmiş “səssiz aksiya” keçirilir.

Aksiya iştirakçıları Gürcüstanda növbədənkənar seçkilərin keçirilməsi tələbini əks etdirən plakatlar qaldırıblar.

“Sputnik-Gürcüstan” redaksiyasının yazdığına görə,  mitinqin təşkilatçısı Georgi Mumladze belə deyib: “Biz bura ona görə gəlmişik ki, Bidzina İvanaşvilinin heç yerə getmədiyini, prosesi idarə elədiyini növbəti dəfə təsdiq edək. Qələbə çalana qədər etiraz nümayişlərinə davam edəcəyik”.

Aksiya iştirakçıları yeni seçkilərin tarixi açıqlanmayana qədər etirazları dayandırmamağı qərara alıblar.

Etirazçılar İvanaşvilinin evindən sonra parlament binasına doğru hərəkət etməyi planlaşdırırlar.