Hurriyyet.org xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Senatdakı impiçment məhkəməsinin 5-ci günündə bəraət qazanıb. Nəticənin açıqlanmasından sonra Tramp rəqiblərinə meydan oxuyub: “Hələ yeni başlayırıq. Qarşıdakı aylarda sizlərlə paylaşacağım çox şey var”.
Trampın təmizə çıxmasına baxmayaraq, ABŞ Prezidenti Co Bayden onu 6 yanvar tarixində Konqresə hücuma çağırmaqda ittiham etməkdədir.
Tramp “Amerikanı yenidən gözəlləşdirmək” üçün başlanan tarixi və vətənsevər hərəkatın hələ başlanğıc mərhələsində olduğunu bildirib: “Qarşımızdakı aylarda sizlərlə hələ çox şey paylaşacağam. Fövqəladə səfərimizə birlikdə davam edəcəyimizi səbrsizliklə gözləyirəm”.
2022 və 2024 seçkiləri Trampın hədəfindədir
Trampın Respublikaçılar partiyasının seçiciləri arasında populyarlığını saxladığı bildirilir. Trampın 2022-ci ildə Konqresin hər iki palatası üçün keçiriləcək seçkilərdə tərəfdarlarının seçilməsi üçün səy göstərəcəyi, 2024-cü ilin prezident seçkilərində isə öz namizədliyini irəli sürəcəyi gözlənilir.