Tovuzda avtomobil qəzası olub, xəsarət alanlar var

66

Tovuzda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayon ərazisində qeydə alınıb.

Qəza zamanı 2 nəfər – Bakı şəhər sakini – 2002-ci il təvəllüdlü Səffar Xəlilov və Tovuz rayon sakini – 2009-cu il təvəllüdlü Nurlan Rüstəmov müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralıların hər ikisi xəstəxanaya yerləşdirilib. Onların vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

Hadisənin başvermə səbəbləri araşdırılır. \\Report