Tofiq Kərimov – 82

87

ADP Mərkəzi Nəzarət Təftiş Komissiyasının katibi Tofiq Kərimovun 82 yaşı tamam olur. Bu münasibətlə partiyanın sədri Sərdar Cəlaloğlu və İdarə Heyəti Tofiq bəyi təbrik edir. Təbrikdə deyilir:

Hörmətli Tofiq bəy!

Ömrünüzün müdriklik çağı olan 82 yaşınızın tamam olmasını təbrik edir, Sizə can sağlığı və bərəkətli ömür arzulayırıq.

Sizin ADP-nin təşkilatlanmasında, partiyanın ideya və prinsiplərinin təbliğ edilməsində xüsusi xidmətləriniz var. Siz əsl demokrat və ziyalı kimi ölkəmizdə demokratik və ədalətli cəmiyyət quruculuğu istiqamətində ardıcıl fəaliyyət göstərdiyiniz dövr ərzində bütün məhrumiyyətlərə sinə gərmisiniz. Ümid edirik ki, bundan sonra da haqq işi uğrunda mübarizədə bizimlə bir sırada olacaq, ölkəmizdə arzuladığınız azad cəmiyyətin formalaşması istiqamətində yorulmadan mübarizənizi davam etdirəcəksiniz. Bir daha Sizi 82 yaşınızın tamam olması münasibətilə təbrik edir, şəxsi həyatınızda və siyasi mübarizənizdə arzu və niyyətlərinizə çatmaq nəsibiniz olsun.

Sizi həmişə belə gümrah görməyi və neçə belə illəri doğmalarınızın, yaxınlarınızın və əqidə yoldaşlarınızın əhatəsində keçirməyinizi arzu edirik.