Tibbi arayışlara görə nə qədər rüsum ödəniləcək?

51

Aprelin 1-dən bütün ölkə vətəndaşlarının həyatına icbari tibbi sığorta daxil olub. Artıq rəsmi iş yeri olan vətəndaşların əməkhaqqından bunun üçün vəsait tutulur, digər müxtəlif kateqoriyalardan olan vətəndaşların sığorta pulunu isə dövlət ödəyir. Bununla yanaşı, yeniliklərdən biri də arayışların artıq pullu olmasıdır. Müxtəlif arayışlara müvafiq olaraq 5-30 manat arasında rüsum ödəniləcək.

Vətəndaşlar isə deyir ki, icbari tibbi sığorta tətbiq olunmazdan əvvəl də arayışın tez əldə olunması üçün pul ödəyirdilər, indi də ödəməli olurlar.

Bəs, dəyişən nədir? Bu proses icbari tibbi sığortanın tətbiq olunduğu ölkələrdə necə cərəyan edir?

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Aynurə Əhmədova bildirib ki, bundan sonra sözügedən ödənişlər rəsmləşdirilicək: “Sürücülük vəsiqəsi üçün tibbi arayışa 30 manat, sağlamlıq haqqında iş yerinə təqdim edilən arayış üçünsə 15 manat ödənilməli olacaq. Hər iki məbləğə ƏDV daxildir. Bəzi hallarda sağlamlıq haqqında iş yerinə təqdim edilən arayış üçün əlavə olaraq ixtisaslı həkimlərin – psixoloq, narkoloqun müayinəsi tələb oluna bilər, bu zaman isə məbləğ həmin müayinələrdən asılı olaraq müəyyənləşir”.

Qurumun rəsmisi onu da qeyd etdi ki, yalnız 18 yaşına kimi şəxslərə arayış pulsuz veriləcək.

“AzPolitika.info”