Tbilisi meri xəstəxanaya YERLƏŞDİRİLDİ

162

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin meri Kaxa Kaladzeyə vertebro-bazilyar sindrom və vestibulopatiya diaqnozu qoyulub.

Gürcüstan bürosu xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində yazıb.

Mer klinikalardan birində müayinə olunduğunu bildirib: “Distant rejimdə işləyirəm və müalicəmi davam etdirirəm. Görüşənədək”.

Qeyd edək ki, son günlər Tbilisi meri ictimaiyyət qarşısında görünmürdü. \\Report