Tarixi dönüş! İlk dəfə NASA Marsda oksigen əldə etməyi bacardı

168

Hurriyyet.org xəbər verir ki, NASA tarixdə ilk dəfə olaraq Marsda oksigen əldə edildiyi barəsində açıqlama verib.

MOXIE adlanan xüsusi avadanlıq aprelin 20-də aparılan təcrübə zamanı bir saat ərzində 6 qrama yaxın oksigen istehsal edib. İnsanın 10 dəqiqəlik fəaliyyəti üçün bu miqdarda oksigen kifayət edir. Avadanlıq 1 saat ərzində 10 qrama qədər oksigen istehsal edə biləcək gücə malikdir.

MOXIE avadanlığının funksiyalarını sınayan alimlər onu müxtəlif atmosfer şəraitində sınaqdan keçirirlər.

NASA-dan verilən açıqlamaya görə, Marsda oksigen əldə edilməsi texnologiyası perspektivdə astronavtlara raket yanacağı istehsal eləməyə və atmosferi insanların nəfəs alması üçün yararlı vəziyyətə gətirməyə imkan verəcək.