Tanınmış vəkil Gömrük Komitəsində işləyən ata-oğuldan yazdı — FOTO

102
Tanınmış vəkil Elçin Sadıqov ata və oğlunun Dövlət Gömrük Komitəsində çalışması ilə bağlı rastlaşdığı hadisə ilə bağlı sosial şəbəkə hesabında məlumata paylaşaraq məsələni ictimailəşdirib.

Hurriyyet.org xəbər verir ki, vəkil qeydində belə yazıb:

“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük idarəsindəyəm. Nicat adlı əməkdaşın hərkətlərindən idarənin rəis müavini Sənan adlı şəxsə zəng edib şikayətləndim. Dedi telefonu verin Nicata. Nicat telefonu götürüb – “hə, ata”, – deyə cavab verdi”.
Qeyd edək ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna görə, vəzifəli şəxslər qohumlarını tabeçiliyinə işə götürə bilməzlər. \\Sfera.az