“Taliban” hücum etdi, ölənlər və əsir düşənlər var

54

Hurriyyet.org xəbər verir ki, “Taliban” təşkilatının yaraqlıları Əfqanıstanın şimalındakı Baqlan əyalətinin Cerhuşk rayonundakı hərbi posta hücum ediblər. Hücum nəticəsində 9 nəfər hərbçi  həlak olub.

Bir neçə hərbçinin əsir götürüldüyü bildirilir. Talibançılar xeyli miqdarda silah-sursat qəsb ediblər.

“Taliban” təşkilatı hələlik hücumla bağlı açıqlama verməyib.

Xəbər verdiyimiz kimi, may ayının əvvəlindən etibarən ABŞ hərbçiləri də daxil olmaqla, NATO ordusunun Əfqanıstandan çıxarılması prosesi başlayıb. Bu addım 2018-ci ildə Dohada talibançılarla əldə edilmiş razılaşma əsasında atılır.