Tacikistan-Qırğızıstan toqquşması: 4 ölü, 77 yaralı

66

Qırğızıstan sərhədində baş verən silahlı toqquşmada Tacikistanın 3 vətəndaşı həlak olub, 31-i isə yaralanıb.

Bu barədə Tacikistanın İsfərah şəhərinin meriyası məlumat yayıb.

Yaralılar arasında şəhərin meri də var.

Bundan əlavə, Qırğızıstanın Dövlət Sərhəd Xidməti atışmanın hələ də davam etdiyini bildirib.

Qeyd edək ki, bundan öncə qırğız qüvvələrin taciklərə məxsus sərhəd postunu ələ keçirdiyi deyilmişdi.

***

Qırğızıstan və Tacikistan silahlı atışmanın dayandırılması və qüvvələrin əvvəlki dislokasiya yerlərinə çəkilməsi barədə razılığa gəliblər.

***

Qırğızıstan sərhəddəki toqquşmalar səbəbindən bir vətəndaşın öldüyünü, 46-nın isə xəsarət aldığını bildirib. \\Axar