Qırğız-tacik sərhədində silahlı münaqişə

81

Hurriyyet.org xəbər verir ki, Qırğızıstanla Tacikistanın sərhədində hərbi hissələr arasında atışma baş verib.

Qirğızıstan tərəfinin açıqlamasında münaqişənin qəsdən alovlandırıldığı bildirilir.

İki ölkənin hərbçiləri arasında atışma bu gün sərhəd zonasında baş verib. Bu barədə məlumatı Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti verib.

Açıqlamada deyilir: “Qırğızıstanın Batken vilayətində vəziyyət kəskinləşib. Tacik tərəfi qəsdən dövlət sərhədi sahəsində münaqişənin yaranmasına təhrik edib və vəziyyəti gərginləşdirməyə davam edir. İki ölkənin hərbçiləri arasında atışma başlayıb”.