“Tabuta sığmayanlar”da Mübarizdən sonra Polad Həşimov haqda film çəkilib

252

Türkiyənin “Yenişafak” qəzetinin layihəsi olan “Tabuta sığmayanlar” proqramının növbəti bölümü şəhid general-mayor Polad Həşimova həsr edilib.

Musavat.com xəbər verir ki, proqramın 101-ci buraxılışı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr edilmişdi. 104-cü buraxılışda isə Polad Həşimovun döyüş və həyat hekayəsindən danışılıb.

Filimdə Polad Həşimovun bacısı Kəmalə Həşimova, anası Səmayə Həşimova, qardaşı İlham Həşimov və silahdaşları danışıb.

Filmin rejissoru Samir Babaoğlu və Ender Çinardır. Qeyd edək ki, “Tabuta sığmayanlar” Türkiyənin PKK terror təşkilatı, Suriya və İraqdakı müharibələrdə şəhid olan türk əsgərlərinin mübarizəsindən bəhs edir.

Proqramda İkinci Qarabağ müharibəsində şəhid olan azərbaycanlı qəhrəman döyüşçülərin həyat hekayələri də yer alacaq.

Musavat.com