Təəssüf ki, Türkiyə bacardı və “qapını açdı” – Xəfiyyə

654

Artıq Türkiyəyə qarşı sanksiyalar tətbiq edilə bilməz.

Axar.az xəbər verir ki, bunu yunan xəfiyyə Savvas Kalenteridis ölkə mətbuatına açıqlamasında deyib.

“Türkiyənin təmasları Avropa Birliyinin qapısını açdı. Çox təəssüf ki, Türkiyəyə qarşı sanksiyalar tətbiq edilməyəcək. Beləliklə, Ankara apardığı danışıqlarla istəyinə nail ola bildi. Bundan başqa, NATO-da da əlini gücləndirib”, – S.Kalenteridis bildirib.

Qeyd edək ki, Kalenteridis 1999-cu ildə PKK lideri Abdullah Öcalanı Afinadan Keniyaya qaçırması ilə məşhurdur.