Süveyş kanalında sıxışan nəhəng gəmini kanaldan çıxartmaq üçün 144 saat iş aparılıb

24

Misirin Süveyş Kanalındaq ilişib-qalan və dünya ticarətinə əngəl törədən nəhəng konteyner gəmisini sudan çıxartmaq üçün 144 saatlıq iş aparılıb.

Hurriyyet.az xəbər verir ki, kanalın əsas hissəsində torpağa oturan “Ever Given” adlı gəmi dünya ticarətinə əngəl törədib.  Gəmidə 20 000 konteyner var və bu da onun çökməsinə və insfrastrukturuna ziyan dəyməsinə səbəb olub. Dünya mətbuatı yazır ki, bəzi gəmiləri Süveyş Kanalına daxil olmamaq üçün marşrutlarını dəyişdiriblər.

Qeyd edək ki, Misir Süveyş kanalıından hər il 5 ilə 6 milyard dollar arasında gəlir əldə edir.

YƏHYA