Süveyş kanalı açıldı

24

Hurriyyet.org xəbər verir ki, Misir hökumətinin açıqlamasına görə, Süveyş kanalında saya oturmuş gəmini üzdürmək mümkün olub.

“Ever Given” gəmisi normal vəziyyətə qayıdıb, motorları işə düşüb və nəhəng qurğu hərəkətə başlayıb.

Beləliklə, Süveyş kanalı tıxacdan xilas olub.

Dünyanın ən mühüm su yollarından biri olan Süveyş kanalı 24 mart tarixindən bəri “Ever Given” gəmisi “tərəfindən işğal edilmişdi” – qum fırtınası və pis hava şəraiti nəticəsində gəmi sahilə çırpılaraq qəza etmişdi. Dar kanalın tutulması səbəbindən neçə gün idi ki, dünya ticarət gəmilərinin işində problemlər yaranmışdı.