Sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi üçün rüsum artırılır

    51

    Azərbaycanda sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi üçün dövlət rüsumu dəyişdirilir.

    "Report" "Dövlət rüsumu haqqında" qanunda dəyişikliklər layihəsinə istinadən xəbər verir ki, avto-moto nəqliyyat vasitələri üçün sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi üçün rüsum 39% artırılır.

    Belə ki, dəyişiklik təsdiq olunanandan sonra avto-moto nəqliyyat vasitələri üçün sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi rüsumu 18 manatdan 25 manata qaldırılacaq.