Suriyada yer bölgüsü: İran təzyiq göstərdi, Rusiya geri çəkildi

417

Hurriyyet.org xəbər verir ki, Rusiya qüvvələri İran ilə Rusiya arasında böyük problemə səbəb olmuş Tayfur bazasını və T-4 bazası kimi də tanınan Tiyas Hərbi Hava bazasını tamamilə tərk edib. Məlumatı yerli mənbələr yayıb.

Strateji əhəmiyyətə malik T-4 bazası Suriyanın mərkəzi rayonunda – Humusda yerləşir.

Rusiya qüvvələrinin dünəndən etibarən bazanı tamamilə tərk elədikləri, bazada yalnız Əsəd qüvvələri ilə İran hərbçilərinin qaldığı barəsində hesabat verilib. Beləliklə, bazaya nəzarət İran İnqilabı Keşikçiləri Ordusuna məxsus qüvvələrin ixtiyarına keçib.

Mənbələr Rusiyanın İran qüvvələrindən bazanı boşaltmağı tələb elədiyini, lakin tələb yetinə yetirilmədiyi üçün hər iki tərəfin hərbçiləri arasında gərginlik və çəkişmələr baş verdiyini yazıb.

Rusiyanın bu tələbinin səbəbinin İsrail tərəfindən İran qüvvələrinə qarşı irimiqyaslı hava əməliyyatı keçirəcəyini gözləməsi olduğu güman edilir.