Suriyada ilk dəfə bir qadın prezidentliyə namizəd oldu

168

Hurriyyet.org xəbər verir ki, Suriyada keçiriləcək prezident seçkilərində ilk dəfə bu vəzifəyə qadın namizəd qeydə alınıb. Bu barədə məlumatı ölkə parlamentinin sədri Hammud Cabbar verib.

Seçkilərdə qalib gələcəyi təqdirdə 50 yaşlı Dəməşq sakini, müstəqil namizəd Faten Əli Nahar Suriyanın yeni prezidenti ola bilər.

Suriya Prezidenti postuna daha iki nəfərin də namizədliyi qeydə alınıb. Onlardan biri 2014-cü il seçkilərində Bəşər Əsədə məğlub olub. 2000-ci ildən Suriyaya rəhbərlik edən Əsəd isə hələlik seçkilərdə iştirak üçün ərizə ilə müraciət etməyib.

Suriyada prezident seçkiləri 26 may tarixində keçiriləcək. Bu posta iddia edənlər 19 aprel tarixindən namizədliklərini irəli sürə bilərlər.