Sumqayıtın mərkəzi küçəsinə Polad Həşimovun adı verildi – FOTO

225
Sumqayıt şəhərinin küçələrindən birinə şəhid general-mayor Polad Həşimovun adı verilib, bu barədə Sumqayıt İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov sərəncam imzalayıb.
Polad Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. O, iyulun 15-də II Fəxri xiyabanda dəfn olunub.

2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə P.Həşimova Azərbaycanın Milli Qəhrəman adı verilib. \\Anews.az