Sülhməramlılar Xocavənddə bunu da etdilər – FOTO

27

“Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir”.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) Dağlıq Qarabağ münaqişəsi zonasındakı Rusiya sülhməramlı kontingentinin fəaliyyəti barədə məlumatında bildirilir.

“İyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyəti izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər.

Atəşkəs bütün təmas xəttində müşahidə olunur” – açıqlamada deyilir.

Qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin nümayəndələri vətəndaşların təhlükəsiz hərəkətini və mülki infrastrukturun bərpasını təmin edir və əhaliyə humanitar yardım göstərir:

“Rus sülhməramlıları Rusiya humanitar missiyası ilə birlikdə Taqavard (Xocavənd rayonunun Tağaverd kəndi – red.) kəndində humanitar aksiya keçirib. Bu müddət ərzində 3 ton tibbi avadanlıq, qida dəsti və əsas ehtiyac məhsulları təhvil verilib”.

 

Humanitar Minalardan Təmizləmə Mərkəzinin minalardan təmizlənməsi qrupları Dağlıq Qarabağ ərazilərinin minalardan təmizlənməsi üzrə işlərini davam etdirirlər. Bu gün 16 hektar ərazi, 4 km yol təmizlənib, 3 partlayıcı maddə aşkar edilib, 5 bina yoxlanılıb. Ümumilikdə, 23 noyabr 2020-ci ildən bəri 1818 hektar ərazi, 561 km yol, 30 sosial əhəmiyyətli obyekt daxil olmaqla 1636 yaşayış binası partlamamış hərbi sursatlardan təmizlənib, 25 376 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib.

 

“Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq üçün səyləri koordinasiya etmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır”, – deyə Rusiya MN-dən bildirilib. \\Modern