SpaceX “Starlink” peykini kosmosa buraxdı

174

ABŞ-ın «SpaceX» şirkəti bu gün Florida ştatındakı Kanaveral kosmodromdan 60 «Starlink» mikro peyki daşıyan «Falcon 9» raketini kosmosa buraxdı. Bu barədə məlumat şirkətin saytında verilib. Kosmodromdan start ABŞ Şərq Sahili vaxtı ilə 04: 28-də (Bakı vaxtı ilə 12: 28-də) baş tutub. Daşıyıcı raketin 1-ci pilləkan rolunu oynayan elementi əvvəlki beş buraxılışda istifadə olunub. SpaceX əməkdaşları “Falcon 9”un bu elementini növbəti dəfə yerə qaytarmaq niyyətindədirlər. Kosmosa havalanandan bir neçə dəqiqə sonra pilləkanın avtomatik şəkildə Atlantik Okeanında üzən “Of Course I Still Love” platformasına enir. Bu texnologiya şirkətə növbəti kosmosa göndərilmə zamanı kosmik avadanlığı daşıma əməliyyatının qiymətini azaltmağa imkan verir. Starlink şəbəkəsi, yer ətrafındakı orbitdə 500 kq-a qədər çox sayda kiçik peyklər yerləşdirməklə nternetə çıxışı təmin etmək üçün nəzərdə tutulmuşdur. “SpaceX”in hesablamalarına görə, ümumilikdə 11000 peykin kosmosa buraxılması və istifadəyə verilməsinin 10 milyard dollara başa gələcəyi təxmin edilir.

Ülviyyə Şükürova