Şoyqunun ardınca Gerasimov da Ermənistan müdafiə nazirinə zəng vurdu

147

Rusiya müdafiə naziri Sergey Şoyqunun ardınca Baş qərargah rəisi, ordu generalı Valeri Gerasimov da Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyanla telefon danışığı aparıb. Virtualaz.org “İnterfaks”a istinadən xəbər verir ki, telefon danışığı zamanı “erməni ordusunun modernləşdirilməsi proqramı və genişmiqyaslı islahatlar” müzakirə olunub.

Qeyd olunur ki, habelə erməni-rus birgə hərbi qruplaşması və Sünikin (Zəngəzur) təhlükəsizliyi məsələlərinə də toxunulub. Tərəflər qərara alıblar ki, daha detallı danışıqlar yüksək rübtəli Rusiya hərbi nümayəndə heyətinin Yerevana səfəri zamanı davam etdirilsin. Bu səfərin “yaxın günlərdə” baş tutacağı bildirilir.

Xatırladaq ki, ötən gün martın 23-də Sergey Şoyqu Vaqarşak Arutyunyanla telefon danışığı aparmışdı və “Ermənistan ordusunda başlayan genişmiqyaslı islahatlar proqramı” müzakirə olunmuşdu. Tərəflər habelə birləşmiş qoşun qruplaşmasının fəaliyyəti və Qarabağdakı Rusiya sülhməramlıları barədə məsələləri də müzakirə ediblər.

Virtualaz.org