Şoyqu Krıma getdi, 10 min hərbçi, 40 döyüş gəmisi səfərbər edildi

180

Rusiya nəyə hazırlaşır?

Hurriyyet.org xəbər verir ki, “Ria Novosti” informasiya agentliyinin bildirdiyinə görə, Rusiya Krımda 10 min nəfərə yaxın hərbçinin iştirak elədiyi təlimlərə başlayıb. “İnterfaks” informasiya agentliyi təlimlərdə 40 hərbi gəminin iştirak etdiyi barəsində məlumat verib.

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu da irimiqyaslı təlimə nəzarət etmək üçün Krıma yollanıb.