Son 50 ilin ən qısa ili 2021 olacaq

333

Hurriyyet.org xəbər verir ki, ekspertlərin sözlərinə görə, son 50 ildə Yer planetinin Günəş ətrafındakı dövretmə sürətinin artması səbəbindən 2021-ci il normal illərdən daha qısa olacaqdır. Elmi hesablamalara görə, 2021-ci ildə bir gün orta hesabla 24 saatlıq (86 400 saniyə) normal bir günə görə, 0,05 millisaniyə daha qısa olacaq.

Kanadanın York Universitetinin astronomiya və fizika professoru Pol Delani iştirak elədiyi bir televiziya proqramında dünyanın dövr sürətinin artdığını və bu dəyişikliyinin yer üzündə zamanın yavaşlaması demək olduğunu bildirib. Professor əriyən buzlaqların planetin üzərindəki kütlənin yerləşmə formasını dəyişdirdiyini və suların dünyanın dönmə oxuna yaxınlaşdıqça dövretmə sürətini artırdığını bildirib.

Delani dünyanın bu vəziyyətini daha sürətlə dövrə vura bilmək üçün qollarını bədəninə yapışdıran fiqurlu konkisürənə oxşadıb.

Bu qısalmanın saniyədən çox az olacağından insanların gündəlik fəaliyyətlərinə təsir etməyəcəyi bidlirən Delani iqlim dəyişikliyi səbəbindən buzlaqların əriməsinin vaxt ötdükcə zaman vahidlərinin və günlərin müəyyənləşdirilməsinə təsir edə biləcəyi barəsində xəbərdarlıq edib. Delani bu vəziyyətin qarşısını almaq üçün “əlavə saniyə” tətbiq edilə biləcəyini də qeyd edib.