Somalidə partlayış olub – 5 nəfər ölüb

24

Somalinin paytaxtı Moqadişoda yolda quraşdırılmış əldəqayrma bombanın partlaması nəticəsində azı 5 nəfər ölüb. “Report” xəbər verir ki, məlumatı TASS yayıb.

Bildirilib ki, terrorçuların hədəfində Moqadişonun Daynil rayonundakı adı açıqlanmayan yüksək rütbəli hərbçi olub. Onun taleyindən xəbər yoxdur. Ölənlərin çoxu qadındır.

Məlumata görə, bu yüksək rütbəli hərbçilərə qarşı son 5 gündə edilən üçüncü hücumdur. Martın 25-də Daynil rayonunda Somali Silahlı Qüvvələri başçısının keçmiş müavini, istefada olan briqada generalı Məhəmməd Əli Baris öldürülüb.

Bu hadisədən iki gün sonra Karan rayonunda Somali Silahlı Qüvvələrinin komandirlərindən biri olan Məhəmməd Ərəb Əliyə sui-qəsd edilsə də, o, sağ qalıb.