Hurriyyet.org xəbər verir ki, Eş Şebab terror təşkilatı Somali ordusuna məxsus iki hərbi bazaya hücum edib.
Terror hücumları Somalinin paytaxtı Moqadişudan 100 km cənub-qərbdə həyata keçirilib.
Bazalara hücum nəticəsində ölən və ya yaralananların olub-olmadığı barəsində hələlik məlumat verilməyib.
Eş Şebab terrror təşkilatı 25 mart tarixində paytaxt Moqadişuya hücum eləmiş, BMT və Afrika İttifaqı binalarını hədəfə almışdı. Bu hücumlar nəticəsində 3 nəfər dinc sakin həlak olmuş, 5 nəfər yaralanmışdı.