Soçidə mühüm görüş: Türkiyə, Rusiya və İran…

243

Suriya böhranına dair “Astana prosesi”nin zəmanətçi ölkələri olan Türkiyə, İran və Rusiya nümayəndə heyətləri arasında Soçi şəhərində növbəti görüş başlayıb.

İki gün (16-17 fevral) davam edəcək beynəlxalq müzakirələrdə BMT və Beynəlxalq Qırmızı Xaç Komitəsinin, eləcə də Suriyanın hökumət və müxalifət nümayəndələri iştirak edir.

Danışıqlar zamanı Suriya böhranının siyasi həlli, qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtması, terrorçuluğa qarşı mübarizə, itkinlərin tapılması, ölkədə iqtisadi vəziyyət kimi məsələlər müzakirə olunacaq. \\Axar