Şirvanda arvad ərini bellə döydü

Şirvan şəhərində döyülmə hadisəsi baş verib.

“Hürriyyət” report.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Hacıqəhrəmanlı qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, qəsəbə sakini, 1981-ci il təvəllüdlü Rövşən Mikayıl oğlu Abdullayev həyat yoldaşı tərəfindən bellə döyülərək müxtəlif xəsarətlər alıb.

O, Şirvan şəhər Mərkəzi Xəstəxanasında ilk tibbi yardım aldıqdan sonra ambulator müalicəyə göndərilib. Faktla bağlı araşdırma aparılır.