Şirkətlər portalda qeydiyyat üçün hərəkətə keçdi: SMS-icazə gəlir?

39

Şirkətlərdə şəxsiyyət vəsiqələri toplanır.

Axar.az-a daxil olan məlumata görə, buna səbəb son günlər koronavirusa yoluxmada müşahidə olunan kəskin artım və bunun yaratdığı “karantin təhlükəsi”dir.

Belə ki, artıq bəzi şirkətlər aprelin 5-dən SMS-icazə tətbiq ediləcəyi ilə bağlı işçilərinə xəbərdarlıq ediblər. Hətta onlar portalda qeydiyyatdan keçmək etmək üçün əməkdaşların şəxsiyyət vəsiqələrini yığmağa başlayıblar.

Qeyd edək ki, Bakı, Sumqayıt və Abşeronda 5 apreldən əyani tədrisin dayandırılacağı rəsmən açıqlanıb.