Şimali İraqdan açıqlama: “Türkiyə yeni əməliyyatlar keçirəcək”

393

Hurriyyet.org xəbər verir ki, Şimali İraq Regional Kürd Muxtariyyətinin hərbi müşaviri Babeir Zebari “Rudav” kanalına açıqlamasında Türkiyənin İraqın Qəndil və Səncar rayonlarında da terrorçulara qarşı Qara əməliyyatı kimi yeni əməliyyatlar aparacağını bildirib.

Zebari deyib: “Türkiyə hədəfinə çatdı və PKK-ya zərər verdiyini söyləyə bilərik. Lakin zərərin miqyasını dəqiq bilmirik. Türkiyə Səncar və Qəndil kimi yerlərdə də buna bənzər əməliyyatlar həyata keçirə bilər”.

Bəlli olduğu kimi, Türkiyə Silahlı Qüvvələri  10 fevral tarixində İraqın şimalındakı Qara bölgəsində “Pəncə Qartal-2” adlı əməliyyata başlamışdı.