Şimali İraqda ABŞ bazasına raket atılıb

2241

Hurriyyet.org xəbər verir ki, İraqın şimalında, Şimali İraq Kürd Muxtariyyətindəki Ərbil şəhərində ABŞ bazasının yerləşdiyi hava limanına raket atılıb.  Zərbə nəticəsində bir nəfər dinc vətəndaş həlak olub, 6 nəfər yaralanıb. Yaralananlardan biri ABŞ hərbçisidir.

Şimali İraq Kürd Muxtariyyətinin açıqlamasına görə, şəhərə üç raket zərbəsi endirilib, hücumla bağlı araşdırma aparılır. Raketlərdən ikisi ABŞ hərbi bazasının da içərisində olduğu hava limanına, biri isə kənara düşüb.