Vaşinqton Şimal Axını-2-yə qarşı strategiyasını dəyişməyib.
Axar.az xəbər verir ki, bunu Rusiya Enerji Təhlükəsizliyi Milli Fondunun aparıcı analitiki İqor Yuşkov bildirib.
O deyib ki, qaz kəmərinin çəkilişində iştirak edən gəmilər sanksiyaya məruz qalırdı:
“Rusiya tərəfi bu gəmiləri şirkətlərin mülkiyyətinə keçirdi və ABŞ-ın sanksiyalarından yayındırdı. Əlbəttə, avtomatik olaraq sanksiyalara məruz qalırlar, inşaat tamamlandıqdan sonra isə iflas edə bilərlər”.
Analitik qeyd edib ki, kəməri sanksiyalardan qorumağın yeganə yolu Avropa Birliyinin birbaşa müdaxiləsi ilə mümkündür.