Lavrov Böyük Turan ideyası barəsində düşündüklərini söyləyib

714

Hurriyyet.org xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov RBK kanalına müsahibəsində jurnalistlərin “Böyük Turan qurulurmu?” sualının cavabında deyib: “Türkiyənin beynəlxaq bir qurum olaraq Böyük Turan qurmaq niyyətində olduğunu düşünmürəm. Türkcə danışan ölkələr arasında dərin bağlar vardır”.

Lavrov deyib: “Böyük Turanı tarixi mənada transmilli qurum hesab eləsək, Türkiyənin qarşısına belə bir hədəf qoyduğunu düşünmürəm. Keçmişdə SSRİ-nin tərkibində və hazırda müstəqil dövlət olan ölkələrin bu ideyanı dəstəkləyəcəkərini də güman etmirəm”.

Lavrov (Kələntəryan) deyib: “Azərbaycan kimi ölkələrin xarici siyasətinin bütün pafosu  milli dövlətlərini möhkəmləndirmək üzərində qurulub. Türkiyənin öz şəxsi maraqları var və bu maraqlara onlarla bir dildə danışan qohum xalqlar daxildir”.

Lavrov Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasında Rusiyanın müşahidəçi olduğunu bildirib.

Türkiyə ilə bir sıra Mərkəzi Asiya ölkələri arasındakı əlaqədən danışan Lavrov söyləyib: “Bizim (?- red.) bəzi respublikalarımız əlaqə qurmaqda maraqlıdırlar. Orada onlar konkret layihələr irəli sürürlər. Beynəlxalq türk mədəniyyəti təşkilatı olan TÜRKSOY var. Türkdilli Ölkələrin Parlament Assambleyası adlanan beynəlxalq qurum da var. Onların hamısı artıq çoxdan fəaliyyət göstərirlər. Öz planları, həyata keçirdikləri tədbirləri var. Bu ölkələr arasında mədəni, dil birliyi, təhsil ənənələri var”.