Senat Trampın impiçmentini konstitusion saydı

153

Amerika Senatı ABŞ-ın keçmiş prezidenti Donald Trampın impiçment prosesinin konstitusion olduğunu təsdiqləyib.

Axar.az xəbər verir ki, Senatda baş tutan səsvermə zamanı 56 senator impiçment prosedurunun ölkənin əsas qanununa uyğun olduğuna razılıq verib. 44 senator isə buna qarşı çıxıb.

Prosedurun Konstitusiyaya zidd olması əleyhinə səsverənlər arasında respublikaçı senatorlar da yer alıb.

Qeyd edək ki, demokratlar Trampın impiçmentinə nail olmağa çalışırlar. Nümayəndələr Palatasında bununla bağlı qanun layihəsinin lehinə artıq səs verilib. Senatda isə bunun 67 səsə ehtiyac var.