Seçim şansı…

153

Və yaxud əgər hamımız bir gəmidəyiksə, yalnız özümüzü düşünmək nə fayda verə bilər?!

1804-cü ildən üzü bəri, düz 216 ildir  rus-erməni hərbi birliyi üzərində ikinci böyük qələbə qazanmış, Vətən Müharibəsi dediyimiz,  üçüncü Qarabağ Savaşını (birinci qələbə 1920-ci illn martında olub,ikinci savaşı 1988-1994 uduzmişuq) udan Azərbaycan xalqının yaxşı yaşamaq haqqı vardır. Qələbəni tamamlamaq üçün düşməndən daha ağıllı, güclü, tədbirli və fərasətli olmağımız əsas şərtdir. Yaxşı yaşamaq isə, tək özündən tutmuş, ailəyə, millətə qədər yaxşı idarəçiliklə mümkündür. Qalib xalqı yaramaz saydığı rejimdə yaşatmaq mümkün deyil və olmayacaq da. Bu mənada,  biz  indikindən  daha yaxşı yaşamağa məhkumuq, – desək səhv etmərik.

Bu gün əsgərimizin haqqını yeyənlər, əslində, bizi ordusuz qoymaq istəyən düşmənlərdir. Elə ermənilərin revanşını ümidləndirən, şərtləndirən faktorlardan biri də onların (“5-ci kolon”un) içimizdəki bu cür şəbəkələnmiş agentləridir. Müharibə vaxtı ordumuzda azca da olsa zəruri kadr dəyişiliyi və hücumda taktiki yerdəyişmə və bizə çoxdan bəlli olan satqınları bloklama və s.  bizi daha çox itki verəcəyimizdən sığortalamaqla yanaşı, erməni-rus birliyinin içimizdəki pozucu imkanlarını daraltsa da, bu problem tam aradan qaldırmayıb, onlar daha çox üst düzeydə, elitada, vəzifədə olmaqla hələ çox güclüdür. Biz içimizdəki agentlərin şəbəkə damarını qırmalıyıq. Odur ki, ordudakı vəziyyət Ali Baş Komandanın daim diqqət  mərkəzində  olmalıdır.

Burada yadıma 1992-ci ilin yayında, çox uğurlu əməliyyatlar aparan qoşunlarımızın – yuxarıdan, Kəlbəcər tərəfdən  1-ci Briqadanın, aşağıdan 1-ci Korpusun Ağdərəni, Sərsəng Su Anbarını alandan sonra, Vəng çayında  birləşib  Xankəndinə həlledici  hücumunun  müxtəlif bəhanələrlə dayandırması düşür. O vaxt nə baş verdiyini bizə demirdilər, məlumatsızlıqdan şayələr baş alıb gedirdi. Düşmən şayələrinin də məqsədi eynən indiki kimi, dostumuzu bizə düşmən, düşmənimizi isə dost kimi sırımaq idi.

Sonralar səngər generalı, 1-ci Motoatıcı Briqadanın (Şıxovda özünün yaratdığı) komandanı  Zaur Rzayevin deməsindən mənə aydın olacaqdı ki, sən demə, 1992-ci ilin avqust aylnda müdafiə naziri R.Qazıyev onu heç bir obyektiv zərurət olmadan, Surətin otağında, 3-cü cəhddə briqadaya komandanlıqdan zorla ayırıb, 40 döyüşçü ilə Laçın dəhlizinə atmaqla, Xankəndinə hücuma hazırlaşan birləşmiş zərbə qüvvəsinin bir hissəsini başsız qoymaqla parçalamış, 1-ci Korpus  komandanı Surət Hüseynov  Xankəndiyə hücum etməli olan bütün, yəni həm də 1-ci Briqadanın ona təhvil verilən  silahlı qüvvələrinə komandan təyin olunmuş, Z.Rzayevə vəd olunduğu kimi, Xankəndinə hazırlanmış hücumu davam etdirmək əvəzinə, gözləmə mövqeyi tutulmuş, bü müddətdə Naxçıvan cəbhəsində separat atəşkəsə nail olan və yenidən Qarabağa qüvvə yığan ermənilər hücum edib bütün Ağdərəni geri almışdır…

Lap bu yaxınlarda, 02.07.2020-ci il tarixdə “Meydan TV”-yə verdiyi müsahibədə keçmiş baş nazir S.Hüseynov  27.08.1992-ci il tarixdə Gəncədə baş nazir P.Hüseynovla xarici işlər naziri T.Qasımovun onun yanına gəldiklərini, məsələnin danışıqlar yolu ilə həll ediləcəyi haqda artıq ermənilərlə razılığa gəlindiyini bildirdiklərini, bu məqsədlə ermənilərlə atəşkəsə gedilməsi təklifini qətiyyətlə rədd etdiyini və Xankəndinə hücumu davam etdirəcəyini, erməniləri Şuşa – Laçın yolu ilə Ermənistana qovacağnı, bundan sonra Ordudan uzaqlaşıb öz işiylə məşğul olacağlnl bildirdiyini, 28.08.1992-ci il tarixdə isə, özünün  buna qarşı olduğu halda Prezident Ə.Əliyevin (Elçibəy) israrlı əmri ilə, Z.Rzayevlə birgə Xankəndinə hazırladıqları həlledici hücumu dayandırmalı olduqlarını, bunun əvəzində  tamamilə gərəksiz və ziyanlı olan – Laçın dəhlizini bağlamaq, Şuşanı geri almaq üçün uğursuz əməliyyatına başladıqlarını (bu zaman ermənilərin geri çəkilmə yolu bağlanacağından əlacslzlıqdan daha güclü müqavimətinə səbəb olacaqdı) və Moskvadan Yeqor Qaydarın araçılığı ilə atəşkəsə gedildiyini bildirir(paralel bax, Erm.keçmiş baş naziri Qrant Baqratyanın bu barədə müsahibəsinə).  Beləliklə, bu cür, yəni aşkar cinayətkarcasına təxribatın nəticəsində Qarabağ və ətraf rayonlar hələ o vaxt azad oluna biləcəyi halda, ermənilər tərəfindən işğal altına düşdü, 28 il əsarətdə saxlanıldı, bir milyona qədər insanlarımız didərgin düşdü, dərddən çərləyib öldü, ərazimizin 20%-i  xarabaya çevrildi…

Bunu onun üçün xatırladıram ki, Azərbaycan rəhbərliyi müharibəni və müharibədən sanrakı dönəmi düşmənlərin yalan vədlərinə sadəlövhcəsinə inanmaqla idarə etməməli, döyüşən ordunun vəziyyətini ancaq xəyanətkar zabitlərin ona soxuşdurulan dezinformasiyadan ibarət  əruzələri əsasında qiymətləndirməklə kifayətlənməməlidir, öncə ölkədə milli birlik yaratmaqla gücə çevrilməli, sonra da özü gecə-gündüz bütün kanalları ilə, birbaşa hər şeyi yoxlamalı, izləməli, bir sözlə ordusu ilə birgə yatıb-durmalı və onu döyüşə aparmalıdır, necə ki, 44  günlük Qarabağı Qurtuluş Savaşında  bunu  gördük…

…İnsanın ən ucuz olduğu Sovet Hökumətində belə, Stalin kimi adamyeyən (son deyilənlərə görə 63 milyon adam “yeyib”, yəni öldürtdürüb, tutdurub, sürgün və deport  etdirib), müharibədən sonra yaşayış üçün zəruri malların qiymətini  hər il ucuzlaşdırırdı ki, müharibənin əsas ağırlığını çəkmiş, qələbə qazanan Sovet  xalqı haqq etdiyi yaxşı yaşayışın ləzzətini dadsın…

Bizdə isə bunun tam əksini – şəhid ailələrinə, qazilərimizə hörmətsiz yanaşılmasını, prezident tapşırıqlarının, yardımlarının sabotaj edilməsini, boranda, qarda düşmən qabağlnda duran  əsgərlərimizin maaşının kəsilməsini, təchizatının mənimsənilməsini, bir sözlə ordunun zəiflədilməsini, qələbə qazandığına görə xalqa daha yaxşı yaşayış təmin edilməsi əvəzinə, korrupsiyanın davamını, süni bahalaşma yaradılmasını görürük. Bu, belə olmalı deyil, cənab Prezident.

Odur ki, ağıllı başçı daxili nizamı saxlamaq üçün hər cür pozuculuq hallarının qabağını almalı, bizi içi özü qarışıq, haqq etdiyimiz tarixi qələbə sevincini yaşamaqdan məhrum edənləri təxribatçı kimi  zərərsizləşdirməlidir.

Öncə “5-ci kolon”un Kremldən orden, medal alan “kapitanları”, sonra isə onların komandası, yəni uzantıları zərərsizləşdirilməlidir.

Hazırkı, bürokratik, işə yaramaz  idarəçilikdən yaxa qurtarmaq üçün bütün sahələr üzrə yenilikçilərdən ibarət İslahatçılar Şurası yaradılmalı və xüsusilə daxili siyasət bu qurumun rəyi nəzərə alınmaqla həyata keçirilməlidir.

İctimai həyatımızın gərəksiz “5-ci təkəri”nə çevrilməklə özünü ifşa etmiş  Milli Məclis yenidən qurma işimizə əngəl olmamasından ötrü, islahat dövründə  buraxılmaqla, onlara verilən maaş israfının qarşısı alınmalıdır…

Sonda:

  1. Qarabağda pasport rejimi yoxlanılmaqla əhali saf-çürük edilməli, cinayətkarlar tutulmalı, qarabağlı olmayan ermənilər deportasiya edilməli;
  2. Şuşada, Qarabağın simasını dəyişəcək Xəlfəli Gölü yaradılmalı;
  3. Laçında, dövlət sərhəddində Qərb Gömrük nəzarəti yaradılmalı;
  4. 10.11.2020-ci il tarixli, atəşkəsin üçtərəfli bəyanatının 4-cü bəndinin tələbi erməni və rus hərbçiləri tərəfindən indiyədək icra edilmədiyinə, yəni erməni hərbçiləri Qarabağdan çıxarılmadığına və separatçılığı davam etdirdiklərinə görə, Azərbaycan öz daxili işi kimi Qarabağda antiterror əməliyyatına başlamalıdır. Əməliyyatlar yaza qədər, ağacların yarpaqlanmasına azı bir ay qalmış başlanmalıdır, yoxsa yazda, yayda meşələrdə canlı itkilərimiz çox olacaq. Suveren haqqımız olan antiterror əməliyyatını bu qədər yubatmaq xalqa əzab verməklə yanaşı, bizim dövlət nüfuzumuzu da ciddi zədələyir;

5.Azərbaycan, Rusiyadan, Qarabağa dəqiq nə qədər “sülhməramlı” yerləşdirməsi, yalnız sülhməramlının daşımalı olduğu yüngül silahlardan – avtomat kalaşnikov və piyadaların döyüş maşınından başqa, ağır hücum döyüş silahları – tanklar, helikopterlər, minaatanlar, hava hücumundan müdafiə vasitələri və sair, tərəflər arasında harayçılığa, arabuluculuğuna dəxli olmayan tikinti, quruculuq işləri, ermənilərin daşınması, azərbaycanlıların humanitar yardımdan və yurdlarına qaytarılmaqdan kənar saxlanılması kimi qəbulolunmaz, ermənipərəst davranışları barədə izahat istənilməklə yanaşı, antiterror əməliyyatından sonra, onların araçılığına zərurət qalmadığından rus hərbçiləri bölgədən çıxarılmalıdır;

  1. Gərəkən yaşayış şəraiti yaradılmaqla məcburi köçkünlərimiz öz yurdlarına qaytarılmalı, iqtisadi həvəsləndirmə, zəruri infrastruktur yaradılmaqla və təyinat yoluyla son yüz iyirmi ildə dağıdılmış yaşayış yerləri işsizlərimizin, evsizlərimizin hesabına məskunlaşdırılmalıdır;

7.Ölkədə yaşayışı yaxşılaşdırmaq üçün  təkəlçilik, yəni  monopolya ləğv edilməlidir;

8.Sovet dövründə Azərbaycan Respublikasının suveren iradəsinə zidd olaraq, qonşularımıza paylanmış torpaqlarımızın qaytarılmasına hazırlıq  prosesinə başlanılmalıdır.

Qeyd: Ümid edirəm gərəkli saydığım bu fikirləri dövlət başçısına çatdıran vicdanı, məsul vəzifəli şəxslər tapılacaqdır.

 

Məmmədxan ƏZİZXANLI

Sabiq prokuror, əmək veteranı