Sarkisyanın ikili vətəndaşlığı məsələsini istintaq ARAŞDIRACAQ

21

Ermənistanın Baş Prokuroluğu prezident Armen Sarkisyanın ikinci vətəndaşlığını gizlətməsi ilə bağlı fakt üzrə cinayət işini Xüsusi İstintaq Xidmətinə göndərib.

Bu barədə Ermənistan baş prokurorunun müşaviri Qor Abramyan deyib.

“Baş Prokurorluq məlumat alıb. İlkin araşdırmadan sonra materiallar hazırlanması üçün Xüsusi İstintaq Xidmətinə göndərilib, işin davam etdirilib-etdirilməməsinə bundan sonra qərar veriləcək”.

Xatırladaq ki,  Ermənistanda 53 vəkil məruzə ilə çıxış edərək prezident Armen Sarkisyanın 2003-2012-ci illərdə ən azı 10 illik Britaniya vətəndaşlığına sahib olduğunu və 2018-ci ildə Ermənistan qanunvericiliyini pozaraq Prezident seçildiyini bildirib. Konstitusiyaya görə, son altı ildə yalnız Ermənistan vətəndaşı olan şəxs prezident seçilə bilər. \\Modern.az